waplog

Jurnalistika fakültəsi internet TV yaradır


Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində internet televiziya yaradılacaq. Bu barədə əldə etdiyimiz məlumata görə, sözügedən məsələ ilə əlaqədar universitetin rektoru Abel Məhərrəmovla görüş olub. İnternet TV-nin yaradılmasında məqsəd tələbələrin təcrübə keçmələri və praktiki biliklərinin artırılmasıldır.

Bundan başqa, öyrəncilərin praktik vərdişlərini artırmaq üçün internet radio və onlayn qəzet redaksiyası da qurulacaq. Redaksiyalarda işləmək üçün müəllim və tələbələrə təlimlər keçiriləcək.

Rektor, akademik Abel Məhərrəmov da qaldırılan məsələlərə müsbət yanaşıb, İnternet TV-nin yaradılması təşəbbüsünu dəstəkləyib.

Rektor deyib ki, yaradılacaq studiyanın daha müasir standartlara cavab verməsi, maddi-texniki bazasının güclü olması üçün universitet də öz növbəsində maliyyə yardımı etməyə hazırdır.
İnternet TV studiyasının yaradılmasının tezləşdirilməsi ilə bağlı rektor müvafiq göstərişlər verib.
 
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL