waplog

“LG” “Microsoft”un gəlirlərini artıracaq


“LG” şirkəti “Microsoft” korporasiyasının 11-ci "qurbanı" olub. Belə ki, o da  “Android” əsasında işləyən hər qurğusuna görə “Microsoft” korporasiyasına  lisenziya ödənişi ödəməyə razılaşıb.

Sazişin dəyəri açıqlanmır. “Microsoft” əvvəllər hər “LG” aparatından 3 dollar lisenziya ödənişi almaq istəyirdi. İri istehsalçılardan hələ ki yalnız “Motorola Mobility” şirkəti Amerika korporasiyasının patentlərindən istifadə edildiyi üçün lisenziya ödənişi ödəməyə razılaşmayıb.

Bundan əvvəl “Microsoft” korporasiyası “Android” ilə işləyən qurğulara aid olan kross-lisenziya razılaşmalarını “HTC”, “Samsung”, “Acer”, “Wistron”, “Quanta”, “Compal” və digər şirkətlərlə bağlayıb. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL