waplog

“CES 2012”: “Tİ OMAP 5” prosessorları ilə işləyən qurğular ilin sonunda istehsal oluna bilər


“OMAP 5” tərkibinə 2,0 QHz-ə qədər takt tezlikli iki “ARM Cortex-A15”  nüvəsi və aşağı səviyyəli rəqəmli siqnalları idarə etmək və əsas nüvələrə yüklənməni azaltmaq üçün nəzərdə tutulmuş iki “ARM Cortex-M4” nüvəsi daxildir.

Bundan əlavə, mikrosxemlər qrafik mühərrikdən, yüksək dəqiqlikli video emalının sürətlənməsi blokundan, təhlükəsizliyin təmin olunması  vasitələrindən və enerji istehlakını idarə etmə alətlərindən ibarətdir.

“OMAP 5” platforması “3D” məzmunu, videonun 1080p formatında çəkilməsi və baxılmasını, “2D” qrafikanın real vaxt ərzində “3D” qrafikaya çevrilməsini dəstəkləyir. 28 nanometr texnoloji proses üzrə istehsal edilən yeni nəsil prosessorların “3D” materiallarla əməliyyatlar zamanı beşqat məhsuldarlıq  artımı təmin edəcəkləri iddia edilib.

“CES 2012” sərgisində çıxış edən cənab Delaqi bildirib ki, “OMAP 5”  prosessorları ilə işləyəcək ilk istehlak qurğuları dördüncü rübdə istehsal edilə bilər. Lakin çiplərin kütləvi tətbiq olunmasına 2013-cü ilin ilk rübündən  tez başlanılmayacaq.

“OMAP 5” seriyası məhsullarının güclü smartfon, planşet kompyuterləri və digər qurğularda tətbiq olunacağı gözlənilir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL