waplog

“Apple” şirkəti jestlərlə idarə olunacaq “3D” interfeysi patentləşdirir


“Apple” şirkəti ABŞ-ın Patent və ticarət markaları idarəsinə (USPTO)   "sensora əsaslanan vizual mühit"ə (Sensor Based Display Environment) patent ərizəsini verib.

Söhbət portativ qurğu ekranında üçölçülü virtual sahənin yaradılmasından  gedir. Bunun sayəsində istifadəçilər sensor ekrana toxunmadan jestlər vasitəsi ilə idarəetməni bacaracaqlar. “Apple” şirkətinin fikrincə, belə həll  kiçik ölçülü ekranlarda “3D” rejimdə olan naviqasiyanı sadələşdirəcək.

Gələcəkdə sistemin planşet kompyuterləri və smartfonlarda tətbiq edilə biləcəyi güman edilir. Lakin, ideyanın praktik olaraq həyata keçirilmə müddəti haqqında bildirilmir.2011-ci ildə “Apple” şirkəti ABŞ-da demək olar ki, 680 patent qeydiyyat edib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL