waplog

“İntel”in yeni planşeti ilin ikinci yarısında çıxacaq


"İntel" korporasiyası "CES 2012" (Las-Veqas, Nevada, ABŞ) sərgisində "Windows 8" əməliyyat sistemi ilə işləyən yeni nəsil "Clover Trail"  platformasında hazırlanan planşet nümunəsi təqdim edib.

"Clover Trail" platformasının əsasını 32 nanometr texnoloji proses üzrə hazırlanan "Atom" nüvəsi ilə olan "Cloverview" prosessorları təşkil edəcək. Aşağı enerji istehlakı sayəsində çiplər portativ qurğularda uzunmüddətli avtonom işi (8-10 saat) təmin edəcəklər. "Cloverview" prosessorlarının "ARM" arxitekturalı çiplərlə rəqabət aparacağı gözlənilir.

"Clover Trail" platformasının istehsalı 2012-ci ilin ikinci yarısına nəzərdə tutulub; yeni nəsil çiplərlə hazırlanan ilk ticarət qurğuları, ehtimal ki, dördüncü rübdə istehsal ediləcək. Belə qurğulara "Windows 8" əməliyyat sistemi quraşdırılacaq.

"İntel" korporasiyası 2013-cü ildə "Silvermont" kod adlı "Atom" prosessorlarının, 2014-cü ildə isə "Atom Airmont" çiplərinin istehsalını nəzərdə tutub.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL