waplog

Prezidentin qızına internetdə evlilik təklif edildi


 Qazaxıstan prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayevaya  bu təklif “zakon.kz” saytında onlayn-konfrans zamanı gəlib.

Əlli yaşlı Serik Majanovun göndərdiyi mesajı aparıcı oxuyub: “Salam, Dariqa! Mən bilirəm, siz ərinizdən boşanmısınız. Mənə ərə gələrsinizmi? Əgər cavab vermək istəməsəniz, susmağı razılıq əlaməti kimi başa düşəcəm”.

Nazarbayeva bu cür təklifə qəfildən cavab verməyə qarşı olduğunu bildirib. O, pərəstişkarına məsləhət görüb ki, heç olmasa, öz şəklini yollasın.


Nazarbayevin böyük qızı uzun müddət Rahat Əliyevlə evli olub. Əliyev bizneslə məşğul olub, həmçinin güc strukturlarında çalışıb. 2007-ci ildə adam oğurluğuna görə Rahat Əliyevə qarşı cinayət işi açıldıqdan sonra o, ölkəni tərk edib. Bu vaxta qədər Əliyev Nursultan Nazarbayevin əleyhdarı kimi tanınır.

Qazaxıstanda Rahat Əliyevə qarşı qiyabi məhkəmə prosesi keçirilib və uzunmüddətli həbs cəzası verilməsi barədə hökm çıxarılıb.

Bu qalmaqallar fonunda Dariqa ərindən ayrılmışdı. Onlayn-konfrans zamanı ona keçmiş əri barədə də suallar verilib. Keçmiş əri ilə görüşüb-görüşmədiyi barədə suala Dariqa mənfi cavab verib.

Dariqa Nazarbayeva Qazaxıstan prezidentinin fonduna rəhbərlik edib.
Hal-hazırda hakim “Nurt Otan” (Vətən nuru” partiyasından deputatlığa namizəddir.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL