waplog

2011-ci il "Bakcell" üçün uğurlu olub


Azərbaycanın mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti bildirir ki, 2011-ci il şirkət üçün sürətli artım ili olub. Son illər ərzində şəbəkəyə qoyulan böyük sərmayə nəticəsində bu gün "Bakcell" ucqar rayonlar da daxil olmaqla, ölkə ərazisinin 99%-ni əhatə edir.

Şirkətdən məlumata görə, şəbəkənin gücü külli miqdarda zənglərin fasiləsiz olaraq idarə olunmasını təmin edir. Yeni il ərəfəsində "Bakcell" abunəçiləri 24 milyon zəng edib və 26 milyon SMS göndəriblər.

Bu, normal pik saatları ilə müqayisədə səsli zənglərdə 120%, SMS-lərdə isə 90% artım deməkdir. Ötən illə müqayisədə Yeni il ərəfəsində "Bakcell" şəbəkəsinin rouminq xidmətindən istifadə edən abunəçilərin sayı da 40% artıb. Yeni ilin pik saatlarında Bakcell-in 3G xidmətindən istifadə edən abunəçilərin sayı 152.000 nəfərə çatıb.

"Biz Bakcell abunəçilərinə dünya standartlarına uyğun xidmət göstərmək üçün yeni və müasir şəbəkənin qurulmasına nail olduq. Bakcell-in məqsədi keyfiyyətli xidməti davam etdirmək, müştərilərə olan qayğını artırmaq və ən son mobil xidmətlər təklif etməkdir", - şirkətin Baş icraçı direktoru Riçard Şirer bildirir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.bakcell.com internet səhifəsinə daxil olmaq və ya 555-ə zəng etmək olar.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL