waplog

Mobil qurğular üçün səs axtarış sistemi yaradılır


Azərbaycanın "Dilmanc" proqram təminatçısı mobil qurğular üçün səs axtarış sisteminin yaradılması üzrə işlər aparır. Bu barədə "Dilmanc" layihəsinin rəhbəri Əbülfət Fətullayev bildirib.

Onun sözlərinə görə, səs axtarışı mobil qurğular üçün "Google"un xəritələrində axtarış sorğusunun tətbiqini təmin edir. Axtarış Bakı şəhərinin görməli yerlərinin (teatr, muzey, park və s.) konkret siyahısı əsasında məqsədyönlü şəkildə həyata keçirilir. Bu da axtarışı daha dəqiqliklə həyata keçirməyə imkan verir.

"Biz sistemin akustik tanınması və dilçilik düzəlişləri üçün bazalar hazırlamışıq. Tərəfimizdən yaradılan səs axtarış sisteminin texniki imkanları dünyadakı oxşar sistemlərdən geri qalmır.

Hazırda onun tətbiqi Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində daha aktualdır", - Fətullayev qeyd edib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL