waplog

“WikiPad” planşeti “3D” məzmunu dəstəkləyir


"WikiPad" şirkəti stereoskopik təsvirə eynəksiz baxmağa imkan verən eyni adlı planşet kompyuteri hazırlayıb. Yenilik "CES 2012" (Las-Veqas, Nevada, ABŞ) sərgisində təqdim edilib.

Onun əsasını 1.2 QHz takt tezlikli birnüvəli prosessor təşkil edir. Əməli yaddaş tutumu 2 QB təşkil edir; daxili fləş daşıyıcının tutumu 8 Qb (MicroSD-kartları sayəsində 64 QB tutuma qədər genişlənir) təşkil edir.
8 düymlü sensor ekran 1280×800 nöqtə kəskinliyə malikdir. "MicroUSB" portu var. Avtonom iş müddəti 6 saata çatır.

"WikiPad" planşeti "Android 4.0 İce Cream Sandwich" əməliyyat sistemi ilə işləyir. Planşet həm də portativ oyun konsolu kimi istifadə edilə bilər.Yeniliyin satışa yazda 300 dollar qiymətinə çıxarılacağı gözlənilir.






NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL