waplog

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi üçün yeni bina tikilib


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi üçün yeni bina tikilib.  

Hazırda binanın daxilində bəzək işləri aparılır. Bu işlərin ilkin olaraq, yaxın iki ayda başa çatması gözlənilir. Bundan sonra mərkəzin bütün laboratoriya avadanlıqları yeni binaya köçürüləcək.

Mərkəz üçün laboratoriya avadanlıqlarının təchizatçısı qismində İngiltərənin "Lota Sales LLP" şirkəti çıxış edir.
Mərkəzin fəaliyyəti Azərbaycanın elmi-texniki və innovasiya potensialının yüksəlməsinə yönəldilib. Mərkəzdə təcrübə və tədqiqatlar aparılacaq, bunların əsasında məhsulların prototipləri hazırlanacaq.

Bundan başqa, HI-TECH, nanotexnologiyalar sahələri, istehsalatda tətbiq edilməsi üçün müasir texnologiyaların yaradılması üzrə elmi araşdırmalar aparılacaq.

Gələcəkdə mərkəzin fəaliyyətinin əsas tərkib hissələrindən biri yüksək texnologiyalar sahəsində kadr potensialının artırılması üçün yerli və xarici ekspertlərin cəlb edilməsi olacaq.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL