Paytaxtda nəqliyyatın hərəkəti elektron nəzarətə götürülüb
Bakı şəhərində nəqliyyatın hərəkətinə elektron nəzarət olunur. Nəqliyyatın intellektual idarəetmə sistemi çərçivəsində bu günədək paytaxtda 1334 stasionar avadanlıq və 48 informasiya tablosu quraşdırılıb.
Sürücülər bu tablolar vasitəsilə gedəcəyi və yaxın ətrafdakı yollarda hərəkətin vəziyyəti ilə bağlı məlumat ala bilərlər. Belə ki, yaşıl xətlər yolların boş olduğunu, narıncı rəng hərəkətin nisbətən çox olduğunu, qırmızı xətt isə hərəkətin passiv olduğunu göstərir.
Bundan əlavə, avtobuslarda quraşdırılan “Azəri” adı altında patentləşdirilən xüsusi avadanlıq sürücünün gedəcəyi yol barədə lazımi informasiya almasına kömək edir. Avtomobil dayanacaqlarında quraşdırılan monitorlar vasitəsilə isə piyadalar gedəcəyi yerlə bağlı zəruri məlumatları və gözlədiyi avtobusun hərəkəti barədə məlumat ala bilərlər.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaradılması təhlükəsiz şəhər layihəsinin bir hissəsidir. Mərkəz cinayətkarlığın qarşısının alınmasında Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Nazirliyin 600 kamerasının qeydə aldığı görüntülərin də monitorinqi bu mərkəzdə aparılır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL