waplog

İnternet şəbəkələrində 20 Yanvar faciəsinə geniş yer ayrılacaq


Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"nın icrası yüksək səviyyədə həyata keçirilir.

Sənəddə respublikanın bütün şəhər və rayonlarında, o cümlədən müəssisə, idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, "dəyirmi masa" və mühazirələrin təşkil olunması, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, faciənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və Azərbaycan icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.

Tədbirlər planına əsasən, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər Xiyabanı ərazisində təmizlik-abadlıq işləri aparılacaq, bütün tədris müəssisələrində yanvarın 19-da faciəyə həsr olunmuş xüsusi dərs keçiləcək, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə xüsusi dini mərasimlər təşkil olunacaq.

Bundan başqa, sənəddə paytaxt ictimaiyyətinin Şəhidlər Xiyabanına ziyarətinin təşkili, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca isə gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində matəm əlaməti olaraq və faciə qurbanlarının xatirəsini yad etmək məqsədi ilə dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.


Yeri gəlmişkən qeyd edək ki, 20 Yanvar faciəsinin 22-ci ildönümü münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən tədbirlər planı hazırlanıb.

Tədbirlər planına əsasən, 20 Yanvar faciəsində şəhid olmuş rabitəçilərin ailələrinə yardımlar edilməsi, "ictnews.az" elektron xəbər xidmətində və idarə, birlik və müəssisələrin elan tablolarında rabitəçi  şəhidlər haqqında geniş məlumat verilməsi, matəm günü ilə əlaqədar olaraq müəssisələrdə yığıncaqların keçirilməsi, RİTN-də şəhidlər haqqında xüsusi guşənin yaradılması nəzərdə tutulub.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL