Ağdamın kəndlərində internetə çıxış imkanı genişləndirilir
"Aztelekom"İB tərəfindən Ağdamda müasir rabitə şəbəkəsinin yaradılması istiqamətində işlər aparılır. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə məlumat verən Ağdam TKQ-nın rəisi Hümbət Mustafayev bildirib ki, rayonda sakinlərin telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə Üç oğlan və Bənövşələr kəndlərinin hər birində 128, Çəmənli kəndində 160 nömrə tutumlu elektron ATS tikilərək istifadəyə verilib.
O, daha sonra əlavə edib ki, hazırda Bənövşələr kəndinin mərkəzlə optik kabel olmaqla birləşdirici xəttinin tikinti işləri aparılır. Bundan əvvəl isə Qaradağlı, Rzalar, Mahrızlı və Çəmənli kəndlərinin optik kabeldən ibarət olan birləşdirici xətti tikilərək istifadəyə verilib.
Rəis kənd sakinlərinin internetə olan tələbatının ödənilməsi məqsədilə Qaradağlı kəndində, Yeni qəsəbə, Dördyol yaşayış məntəqəsində və Quzanlı qəsəbəsində hər biri 128 port tutuma malik ADSL avadanlığının qurulduğunu qeyd edib.
Onun sözlərinə görə, həyata keçirilən işlər sakinlərin telefon rabitəsi ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadəsinə şərait yaradıb.
Qeyd edək ki, Quzanlı qəsəbəsində yeni "Rabitə evi"nin tikintisi üçün layihə hazırdır və yaxın günlərdə tikinti işlərinə başlanılması nəzərdə tutulur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL