“1 şagird -1 kompyuter” layihəsi təhsildə İKT-nin tətbiqi üzrə ən ideal vəziyyəti təsvir edə biləcək
"2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın reallaşdırılmasında Təhsil Nazirliyinin əsas tərəfdaşlarından biri olan "Mədəd" humanitar təşkilatı bu tədris ilindən yeni layihəyə start verib.
Layihənin reallaşmasına orta ümumtəhsil məktəblərinə paylanan netbukların sayının artması təkan verib. Belə ki, 2008-ci ildən Azərbaycanın bəzi pilot məktəblərinin beş və altıncı siniflərinə "İntel" modeli əsasında yaradılmış şagird netbukları paylanılıb.
100-ə yaxın netbuk "İntel" korporasiyası tərəfindən hədiyyə olunub, digər hissəsi isə Təhsil Nazirliyi tərəfindən alınıb. Netbuklar paylandıqdan sonra "1 şagird -1 kompyuter" konsepsiyası əsasında işlərə başlanıldığına görə xüsusi təlimlərə ehtiyac yaranıb.
Buna görə də "İntel" korporasiyası özünün yeni təlim paketini Azərbaycana təqdim edib. 2009-cu ilin sonunda bu təlim paketi üzrə kurslar keçilib. Bu il isə netbuklar paylanmış məktəblərin müəllimlərinə "1 şagird -1 kompyuter" layihəsi üzrə xüsusi təlimlərə start verilib.
Təşkilatdan "İCT News" elektron xəbər xidmətinə verilən məlumata görə, təlimlərin əsas məqsədi sinif idarəetmə sistemindən xəbərdar olmaq, ondan əhəmiyyətli yararlanmaq, simsiz şəbəkə şəraitində şagird netbuklarından müxtəlif yerlərdə - məktəbdə və məktəbdənkənarda səmərəli istifadə eləməkdir.
Bundan başqa, təlimlərə internetdə yerləşdirilmiş pulsuz onlayn alətlər vasitəsilə elektron dərslərin yaradılması və bu dərslərin şagirdlər arasında paylanması, ev tapşırıqlarının şagirdlərə şəbəkə vasitəsilə ötürülməsi və s. kimi hissələr daxildir.
Hesab olunur ki, "1 şagird -1 kompyuter" konsepsiyası əsasında qurulmuş bu təlimlər təhsildə İKT-nin tətbiqi üzrə Azərbaycanda gələcəkdə ən ideal vəziyyəti təsvir edən bir layihə ola bilər. Məhz ona görə də bu tədris ilindən adıçəkilən layihənin pilot olaraq həyata keçirilməsinə böyük diqqət yetirilir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL