waplog

Regionlarda göstərilən rabitə xidmətləri barədə rəy və təkliflər öyrənilir


  "Aztelekom" İstehsalat Birliyi regionlarda göstərilən rabitə xidmətləri barədə rəy və təkliflərin öyrənilməsi üçün rəy sorğusu təşkil edir.

Birliyin internet səhifəsində yaradılmış xüsusi guşədə http://aztelekom.org/index.php?id=59, həmçinin, fasiləsiz fəaliyyəti təmin edilmiş "Qaynar xətt"ə  012-122 saylı telefonla respublikanın bütün bölgələrindən ödənişsiz zəng etməklə rəy bildirmək olar.

"Aztelekom" İB xidmət səviyyəsini yüksəltmək, yeni xidmət növlərinin tətbiqini sürətləndirmək üçün ictimai rəyi öyrənmək baxımından əvəzsiz mənbə hesab etdiyi bütün müraciətlərə görə abonentlərə əvvəlcədən təşəkkür edir.
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL