2011-ci ilin ən yaxşı brendləri
2011-ci ilin ən yaxşı dünya brendləri açıqlanıb. “İnterbrand” beynəlxalq konsaltinq şirkətinin versiyasına görə, 2011-ci ildə “Coca-Cola”, “İBM” və “Microsoft” brendləri lider olublar. Bu üçlük artıq bir neçə ildir ki, öz mövqelərində dəyişilməz olaraq qalırlar.
“Apple” şirkəti 1 il ərzində 17-ci yerdən 9-cu yerə yüksəlməyi bacarıb. Şirkət öz brendinin dəyərini 58% artıra bilib. “Amazon” onlayn-riteyleri də 1 il ərzində vəziyyətini xeyli yaxşılaşdırıb: onun brendi 12,76 milyard dollar dəyərində qiymətləndirilib və hal-hazırda 26-cı mövqedə yerləşir.
“İnterbrand” mütəxəssislərinin fikrincə, lider 71,86 milyard dollar (+2%) göstərici ilə “Coca-Cola” şirkətidir. İkinci yerdə 69,91 milyard dollar göstərici ilə “İBM” korporasiyası yerləşib. “Microsoft” (59,1 milyard dollar) korporasiyası isə üçlüyü tamamlayıb.
“Google” şirkəti dördüncü mövqeni tutub. İnternet-nəhəngin ticarət markasının dəyəri 1 il ərzində 27% artaraq 55,31 milyard dollara çatıb.
“Nokia” şirkəti isə əksinə, 6-cı mövqedən 14-cü mövqeyə enib. Finlandiya şirkəti 15% itirib və hal-hazırda onun brendinin dəyəri 25,07 milyard dollar dəyərində qiymətləndirilir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL