waplog

RİTN Azərbaycan saytlarına qarşı haker müdaxilələrinə münasibət bildirdi


Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Azərbaycan saytlarına qarşı baş vermiş haker müdaxilələrinə münasibət bildirmişdir:

"Dünən, yanvarın 16-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi departamentinin serverlərində yerləşən müxtəlif qurumların saytlarına haker müdaxilələri baş vermişdir.

Bunun nəticəsində bir neçə dövlət orqanının və ictimai təşkilatın saytlarının işində problemlər yaranmışdır. Hadisə baş verən ilk andan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi aidiyyatı qurumlarla birlikdə vəziyyəti nəzarətə götürmüş, təhlillərin aparılmasına və lazımi əlavə mühafizə tədbirlərinin görülməsinə başlanılmışdır.

Müəyyən olunmuşdur ki, saytlara şəkillər və məlumatlar yerləşdirilərək müdaxilələr edilmişdir. Müdaxilənin formaları, onlar barədə dərhal KİV-lərə elektron məktubların göndərilməsi, müxtəlif coğrafi məkanlardakı mənbələrdən həyata keçirilməsi bunun məqsədli xarakter daşıdığını göstərir.

Lakin ölkədə İnternetin istifadəsinin təşkili, saytların yaradılması, onların mühafizəsinin təşkili üzrə görülmüş işlər sayəsində ciddi fəsadlar yaranmamışdır. Hazırda müdaxilə olunmuş saytların fəaliyyəti bərpa edilmişdir və işlək vəziyyətdədir.

Hakerlərin fəaliyyəti gündəlik olaraq müxtəlif ölkələrdə baş verir və biz belə halları pisləyir, onların hüquqazidd olduğunu bildirir, belə əməllərdən çəkinməyə çağırırıq. Hazırda baş vermiş faktın ətraflı araşdırılması aparılır və onlar əsasında beynəlxalq təcrübəyə əsasən müvafiq addımlar atılacaqdır. Görülmüş işlər barədə ictimaiyyət əlavə məlumatlandırılacaqdır."
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL