“Microsoft”un gənc dahisi erkən vəfat etdi
“Microsoft”un heyətinə hələ 9 yaşındaykən daxil olan və proqram nəhənginin dünyadakı ən gənc işçisi adını qazanan pakistanlı Arfa Kerim Randhava keçirdiyi infarkt nəticəsində həyatını itirdi.
“Microsoft” işçilərini yaşının az olmasına baxmayaraq texnologiya biliyi ilə özünə heyran edən və hələ 9 yaşında heyətin tərkibinə daxil olan Arfa Kerim Randhava adlı gənc qız 26 gündür ki, müalicə aldığı xəstəxanada həyatını itirdi. 16 yaşlı gənc kompyuter dahisinin epilepsiya ilə bağlı infarkt keçirdikdən sonra bir neçə həftə komada qaldığı və şənbə günü vəfat etdiyi bildirilir.
Pakistanlı gənc qız 2004-cü ildə hələ 9 yaşında olarkən “Microsoft”dan proqram sertifikatı alaraq şirkətin dünyadakı yüzlərlə görkəmli proqram mütəxəssisi arasında ən gənci idi.
Bill Qeyts onu müalicə etdirmək istəyib
Pakistan kimi az inkişaf etmiş və texnologiya sahəsində məhdud imkanlara malik olan bir ölkədə doğulmasına baxmayaraq özünü olduqca qısa müddət ərzində inkişaf etdirən gənc qız Bill Qeytslə Redmonddakı “Microsoft” kompleksində gəzinti zamanı tanış olub.
Qeyts gənc qızı tanıdıqdan dərhal sonra ailəsi ilə əlaqə quraraq Amerikada müalicə olunmasını istəyib. Lakin lazımi işlər tamamlanmadan Arfa Pakistanda həyatını itirib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL