“Rabitə - Bakı” Avropanın ən güclü 16 klubu sırasında
Azərbaycanın qadın voleybolu üzrə çempionu "Rabitə - Bakı" Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində altıncı və sonuncu oyununu keçirib. Komandamız səfərdə Fransanın "Müluz" klubuna rəhm etməyib - 3:0 (25:16, 25:20, 25:17).
Komandamızın mübarizə apardığı B qrupundakı digər oyunda Türkiyənin "Fərənbağça Universal" komandası Almaniyanın "Drezdner" klubunu 3:1 hesabı ilə məğlub edib və qrupda birinci yeri tutub.
Turnir cədvəli:
1. "Fənərbaxça Universal" - 15 xal
2. "Rabitə" - 15
3. "Drezdner" - 3
4. "Müluz" - 3.
Çempionlar Liqasında beş qrupda ilk üç yeri tutan komandalar, o cümlədən, "Rabitə - Bakı" və "Azərreyl" 1/8 finala vəsiqə qazanıblar. Növbəti mərhələyə daha bir vəsiqə isə ən yaxşı nəticə göstərən dördüncü yer sahibinə qismət olacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL