waplog

“BlackBerry PlayBook” planşetinin yeni modelləri hazırlanır


Veb-mənbələrin məlumatına əsasən, Kanadanın “Research İn Motion” (RİM) şirkəti 2012-ci ildə “BlackBerry PlayBook” planşet kompyuterinin bir neçə yeni modelini istehsal etməyi planlaşdırır.

2011-ci ilin aprel ayında satışa çıxarılmış orijinal “BlackBerry PlayBook” planşetləri 1024×600 nöqtə təsvir ölçülü 7 düymlü ekran, 2 videokamera ( 3 və 5 meqapiksel), “Wi-Fi” (İEEE 802.11a/b/g/n) və “Bluetooth 2.1” adapterləri, “MicroHDMİ” və “MicroUSB” portları, həmçinin 1 Qb əməli yaddaş ilə təchiz edilib. Proqram platforması kimi “BlackBerry Tablet OS” quraşdırılıb.

“PlayBook” planşetlərinin satışlarının ildönümü ilə əlaqədar şirkətin   “HSPA+” mobil rabitəsini dəstəkləyən 7 düymlü versiya istehsal edəcəyi bildirilib.

Bundan əlavə, təxminən dekabr ayında “LTE” modul ilə təchiz edilmiş 10 düymlü sensor ekrana malik planşet istehsal ediləcək.“BlackBerry 10” platformasında işləyəcək ilk smartfonun isə sentyabr ayında istehsal ediləcəyi bildirilib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL