waplog

“Samsung” şirkəti 46 düym diaqonala malik şəffaf ekranların istehsalına başlayır


Ekran qarşısında duran insan həm onda əks etdirilən informasiyanı, həm də   panelin arxasında baş verənləri görə bilər. Sensor idarəetmə dəstəklənir. Ekranlar 1366×768 piksel təsvir ölçüsünə malikdirlər; ziddiyyət 4500:1 təşkil edir.

Şəffaf ekranlar gündüzlər işıqlanma kimi ətrafdakı işıqdan istifadə edirlər. İstehsalçı iddia edir ki, bunun sayəsində ənənəvi maye kristal ekranlar ilə müqayisədə elektrik enerjisinə 90% qənaət edilir.

Şəffaf ekranlar reklam stendlərində, interaktiv informasiya lövhələrində, mağaza vitrinlərində, sənaye soyuducularının qapılarında, tibbi avadanlıqlarda və s-də tətbiq ediləcəklər.

“Samsung” şirkəti, həmçinin 22 düym diaqonala malik olan şəffaf panellər təklif edir.
Hesablamalara əsasən, şəffaf ekran bazarının həcmi 2015-ci ildə 0.9 milyard göstəricidən 2025-ci ildə 87 milyard göstəriciyə qədər artacaq.






NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL