waplog

İki nəhəng şirkət arasındakı patent iddiaları davam edir


Avropa bazarında "Apple" və "Samsung" şirkətləri arasında patent münaqişəsi davam edir."Apple" şirkətinin "Samsung" şirkətinə qarşı Düsseldorf (Almaniya) məhkəməsinə növbəti iddia verdiyi bildirilir: bu dəfə Cənubi Koreya istehsalçısı smartfonların dizayn elementlərinin köçürülməsində ittiham edilir.

"Apple" şirkəti "Samsung" smartfonunun 10 modelinin, həmçinin "Galaxy S Plus" və "Galaxy S II" modellərinin satışlarına qadağa qoyulmasına nail olmaq niyyətindədir.

Qeyd edək ki, "Apple" və "Samsung" şirkətləri arasındakı patent iddiaları 10  ölkədə aparılır. Cənubi Koreya korporasiyası "Apple" şirkətini məlumatların simsiz ötürülməsinə, enerji istehlakının azaldılması üsullarına aid olan patentlərin pozulmasında ittiham edir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL