waplog

“22 ildir unutmuruq!” internet aksiyasına start verilib


"22 ildir unutmuruq!" 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar Gənclər üçün Təhsil Mərkəzi (GTM) tərəfindən aparılan internet aksiyası məhz belə adlanır.

 "İCT News" elektron xəbər xidmətinə GTM-dən verilən məlumata görə, aksiya yanvarın 20-dək davam edəcək: "Tədbirin məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də ali təhsil ocaqlarına və beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və 22 il əvvəl baş vermiş faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir.

Aksiya Bakıda və mərkəzin regional ofislərində təşkil olunacaq". Belə ki, gənclər müəyyən edilmiş cədvələ uyğun, növbəli şəkildə 20 Yanvar faciəsinə həsr olunmuş məqalə, foto, bəyanat və digər materialları internet vasitəsilə dünyanın müxtəlif nöqtələrinə, ali təhsil ocaqlarına, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet resurslarına, əcnəbi qəzet və jurnallara göndərəcəklər.

Aksiya yalnız respublikada deyil, xaricdə təhsil alan mərkəz üzvləri tərəfindən də dünyanın bir çox ölkələrində aparılacaq.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL