waplog

Su keçirməyən smartfonlar hazırlanacaq


Bir neçə il əvvəl bazara kameralarla təchiz edilmiş mobil telefonlar çıxarıldı, bu isə istifadəçilərin əksəriyyəti üçün yenilik idi. Lakin hal-hazırda kameranın mövcudluğu artıq standart kimi qəbul edilir. Ekspertlərin fikrincə, növbəti yeniliklərdən biri smartfonların su keçirməməsi olacaq.

Əlbəttə ki hal-hazırda da zərbəyə davamlı və su keçirməyən xüsusi  korpuslarla təchiz edilmiş modellər var. Lakin onların qiyməti alıcıların əksəriyyəti üçün çox bahadır.

Bununla belə yaxın gələcəkdə hər şey dəyişə bilər. Belə ki,  bütün aparıcı smartfon istehsalçıları su keçirməyən smartfonlar istehsal etməyə başlayacaqlar. Qeyri-rəsmi məlumatlara görə, hal-hazırda “Apple” və “Samsung” şirkətləri belə texnologiyaları öz smartfonlarına uyğunlaşdırmaq üzərində iş aparırlar.

Belə hazırlama, həmçinin bu yaxınlarda Las-Veqasda keçirilmiş “Consumer Electronics Show 2012” (CES 2012) sərgisində də təqdim edilib. “HzO” şirkəti qurğuları suyun düşməsindən "molekulyar səviyyədə" müdafiə edən “WaterBlock” texnologiyasını nümayiş etdirib.

Müstəqil ekspertlər bildirirlər ki, smartfonların su keçirməmək imkanı aparatdan yeni şəraitdə istifadə etmək fürsəti yaradır. Məsələn, küçədə yağışın altında və ya sadəcə vanna otağında uzanaraq istifadə etmək kimi.
Şübhəsiz ki, əsas smartfon istehsalçıları bunun nə demək olduğunu yaxşı bilir və üstünlüklərini başa düşürlər.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL