waplog

“Sony” şirkəti ilk “USB 3.0” fləş kartını təqdim edib


“Sony” şirkəti “USB 3.0” texnologiyası ilə işləyən ilk “Micro Vault MACH” adlı fləş kartını təqdim edib. Bazarda 8, 16, 32 və 64 QB yaddaş tutumuna malik  modellər təqdim ediləcək. Aşağı tutuma malik modeldə informasiyanın oxuma sürəti 60 MB/s, digər modellərdə isə 90 MB/s təşkil edəcək.

“Micro Vault MACH” fləş kartı “USB 2.0” ilə uyğundur, yəni “USB 2.0” portu olan qurğularla da işləyir.
Qurğunun korpusu alüminiumdan hazırlanıb. “Micro Vault MACH” qurğusu satışa yanvar ayında çıxarılacaq, lakin qiyməti haqqında hələ ki, informasiya verilmir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL