Orijinal konstruksiyalı oyun “siçan”ı
“Thermaltake” və “BMW Group DesignworksUSA” şirkətləri qeyri-adi dizayna malik “Level 10 M” adlı kompyuter “siçan”ı yaradıblar.Oyunçular üçün nəzərdə tutulmuş manipulyator orijinal konstruksiyaya malikdir.
Yeniliyin xüsusiyyətlərindən biri yuxarı hissəsində hava dövriyyəsini yaxşılaşdıran dəliklərin olmasıdır. İstehsalçıların fikrinə görə, bu, uzunmüddətli oyun seansları zamanı idarəetmə rahatlığını artıracaq.
“Level 10 M” qurğusunun texniki xüsusiyyətləri hələ açıqlanmır. Şəklə əsasən, qeyd etmək olar ki, “siçan” kompyuterə naqil vasitəsi ilə qoşulacaq.
Qurğu satışa yazda çıxarılacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL