waplog

“Kodak” şirkəti müflis olub


Bu yaxınlarda "Apple", "HTC" və "Samsung" şirkətlərini məhkəməyə vermiş "Eastman Kodak" şirkəti müflis olub. Bu barədə  "Röyters" xəbər agentliyi məlumat yayıb. Şirkət müflislik haqqında ABŞ Kodeksinin 11-ci fəsli üzrə kreditorlardan müdafiə haqqında ərizə verib. Eyni zamanda o bildirib ki, 950 milyon dollar dəyərində kredit alıb.

Kredit vasitəsi ilə rəhbərlik müflislik vəziyyətindən çıxaraq şirkəti "ayaq üstə" saxlamağa çalışacaq.

"Direktorlar şurası və bütün rəhbərlik yekdilliklə hesab edir ki, bu, hal-hazırda "Kodak" şirkəti üçün lazımi addımdır" – şirkətin əsas icraçı direktoru Antonio Peres bildirib.

Hal-hazırda "Eastman Kodak" 1100   patenti üçün alıcı axtarır. Patentdən əldə edilən vəsait  pul kreditin ödənilməsinə və yenidən strukturlaşdırılmaya xərclənəcək.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL