waplog

“iPhone 4S” istehsalı “Android”-smartfon satışlarına zərbə vurub


“Nielsen” şirkəti ABŞ-da dekabr ayında smartfon sahibləri arasında keçirilmiş sorğunun nəticələrini elan edib.
2011-ci il oktyabr ayının ortasında “iPhone 4S” smartfonunun istehsal edilməsi smartfon bazarında vəziyyəti dəyişdirib.

Son 3 ay ərzində  smartfon almış amerikalıların 44.5%-i
üstünlüyü “iPhone” smartfonuna verib. Qeyd edək ki, bir rüb əvvəl isə bu göstərici 25.1% idi.

Eyni zamanda “Android” əməliyyat sistemi ilə işləyən qurğuların satışlarının azalması müşahidə olunur: əgər “iPhone 4S” smartfonu istehsal olunmamışdan əvvəl belə aparatların payı 61,6%-ə bərabər idisə, ilin sonunda 46,9% təşkil edib. Bununla belə ABŞ-da “Android”-smartfonların ümumi payı “iOS”-un göstəricisini ötür.

Tədqiqat nəticəsində, həmçinin aydın olub ki, “RİM” şirkətinin “BlackBerry” smartfonları ABŞ-da bazarın 14,9%-ni, “Windows Mobile” və “Windows Phone 7” ilə işləyən aparatlar isə 5,9%-ni tutur.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL