“Fujitsu” şirkəti “Android 4.0 İce Cream Sandwich” əməliyyat sistemi ilə işləyəcək “Stylistic M532” planşet kompyuteri istehsal edəcək.
Planşet üçüncü nəsil “nVidia Tegra” aparat platformasında hazırlanacaq.Sensor ekranın diaqonalı 10,1 düym təşkil edəcək; ekranın təsvir ölçüsü 1280×800 nöqtə olacaq. Planşet 16 QB tutuma malik fləş-daşıyıcı ilə təchiz ediləcək, “MicroSD” formatlı kartları dəstəkləyəcək.
“Stylistic M532” planşet kompyuteri “3G” modula, “GPS” naviqasiya sistem qəbuledicisinə, kameralara (ön hissədə 3 meqapiksel, arxa hissədə 8 meqapikselli matris), “Mini HDMİ” və “Micro USB” konnektorlarına malik olacaq.Yenilik satışa may ayında təxminən 630 dollara çıxarılacaq.