“Sony Ericsson” şirkəti mobil aparatlar bazarında mövqeyini itirir
“Sony Ericsson” şirkəti bu gün 2011-ci ilin son rübü və bütün 2011-ci il üzrə maliyyə nəticələrini bildirib.
“Sony Ericsson” mobil aparatlarının satışları azalmağa davam edir: 3 ay ərzində təxminən 9 milyon mobil telefon və smartfon satılıb, bu isə 2010-cu ilin son rübü ilə müqayisədə 20% azdır. 1 il ərzində tədarüklər də 20% azalıb: 43,1 milyondan 34,4 milyona qədər.
Bununla belə “Sony Ericsson” şirkəti qeyd edib ki, “Xperia Android” smartfonlarının rüblük satışları 65% artıb; indiyə qədər bütün dünyada bu sinfə aid 28 milyon qurğu tədarük edilib.
Şirkətin rüblük mədaxili 16% azalaraq 1,29 milyard avro təşkil edib; 1 il ərzində mədaxil isə 6,29 milyard avrodan 5,21 milyard avroya qədər azalıb. 2011-ci ilin son rübünün nəticəsinə əsasən, “Sony Ericsson” şirkəti 207 milyon dəyərində təmiz zərərə məruz qalıb.
Qeyd edək ki, 1 il əvvəl həmin dövr ərzində 8 milyon avro əldə etmişdi. 2011-ci il ərzində zərər isə 247 milyon avro təşkil edib.
“Sony Ericsson” şirkətinin prezidenti Bert Nordberq qeyd edib ki, maliyyə nəticələri bazardakı sərt rəqabəti, əlverişsiz iqtisadi vəziyyəti, həmçinin Taylandda baş vermiş təbii fəlakətlərin nəticələrini əks etdirir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL