“İntel” korporasiyası maliyyə ilini rekord nəticələrlə başa vurub
"İntel" korporasiyası 2011-ci ilin dördüncü rübü və ümumilikdə 2011-ci il üzrə maliyyə göstəricilərini dərc edib.
"İntel" korporasiyası 3 ay ərzində 13,9 milyard dəyərində mədaxil qazanıb və 2010-cu ilin analoji dövrünü 21% üstələyə bilib. 2011-ci ilin dördüncü rübündə xalis mənfəət 6% artaraq 3,4 milyard dollar təşkil edib.
Müştəri platformaları seqmentində mədaxil 17% artaraq təxminən 9 milyard dollar təşkil edib; verilənlərin emalı mərkəzləri üçün avadanlıq satışları sayəsində isə korporasiya 2,7 milyard dollar dəyərində mədaxil əldə edib.
"İntel" korporasiyası 2011-ci ildə isə 54 milyard dəyərində mədaxil əldə edib. Xalis mənfəət isə 13% artaraq 12,9 milyard dollar təşkil edib.
"İntel" korporasiyası ümid edir ki, cari il əvvəlki ildən daha da uğurlu olacaq. Korporasiyanın rəhbəri Pol Otellini qeyd edib ki, bazara "İntel" prosessorları ilə işləyəcək smartfon və planşetlərin çıxarılması, həmçinin yeni nəsil "Core" çiplərinin elanı planlaşdırılır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL