waplog

İranda proqramçı ölüm cəzasına məhkum edilib


İranda proqramçı İnternetin bu ölkəyə aid seqmentində pornosaytların yaradılmasına görə ölüm cəzasına məhkum edilib. Bu barədə məlumat yayan “The Star” bildirir ki, 35 yaşlı proqramçı Said Malekpur Kanada vətəndaşı olsa da, İranda yaşayır.

Saidin vəkillərinin sözlərinə görə, son apellyasiya şikayətinə baxan İran Ali Məhkəməsinin filiallarından biri  aşağı instansiyaların çıxardığı qərarların qanunauyğunluğunu təsdiqləyib. Kanada vətəndaşının yaxın zamanda cəzalandırılacağı gözlənilir.

Hadisə ilə bağlı Tehrana rəsmi müraciətində Kanada səfirliyi İran hakimiyyət orqanlarının qərarından təəssüfləndiyini bildirib və İranın bununla bir daha insan həyatına nifrətini nümayiş etdirdiyini vurğulayıb: “Tehranda mövcud rejim öz vətəndaşlarına münasibətdə tez-tez hörmətsizlik etdiyi kimi, beynəlxalq insan hüquqları öhdəliklərinin ümumi prinsiplərinə də məhəl qoymur”.
Mətbuatın yaydığı xəbərlərə görə, Malekpur ağır xəstə atasını ziyarətə gedərkən xəstəxanada həbs olunub.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL