waplog

“The Hill”: “Mehriban Əliyeva öz ölkəsinin mədəni irsinin himayədarıdır”


Azərbaycanın və ABŞ-ın birinci xanımları xərçənglə mübarizə məqsədilə 500 milyon dollar məbləğində 5 illik fondun yarada bilərlər.

ABŞ-ın  "The Hill" qəzeti yaydığı məlumata əsasən, sözügedən fond hər iki ölkənin onkoloji mərkəzləri ilə xərçəngin qarşısının alınması məqsədilə aparılan tədqiqatlar sahəsində sıx əməkdaşlıq edəcək.
Bu isə həqiqi zaman kəsiyində amerikalı həkimlərin azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparmasına yardım edəcək.

Sözügedən nəşr həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın humanitar və mədəni sahələrdəki xidmətlərindən də söz açıb.

"Mehriban Əliyeva öz ölkəsinin mədəni irsinin himayədarıdır, Azərbaycan milli musiqisini bütün dünyaya tanıtmaqla məşğuldur. Üç uşaq anası olan birinci xanım həmçinin diabet və talassemiya xəstəsi olan uşaqlar üçün də əlindən gələni edir.

Ona görə də, YUNESKO-nun məhz Mehriban xanım Əliyevanı xoşməramlı səfir seçməsi və yaxın günlərdə Fransa prezidentinin onu şərəfli Fəxri Legion ordeni ilə təltif etməsi heç də təəccüb doğurmur", - deyə məlumatda qeyd olunur.
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL