Əməliyyat sistemlərinin yeni reytinqi dərc olunub
“Nokia” şirkəti ilə əməkdaşlıq sayəsində “Microsoft” korporasiyası mobil əməliyyat seqmentində rəqiblərini sıxışdıra biləcək. “iSuppli” ekspertləri belə hesab edirlər. Mütəxəssislərin sözlərinə əsasən, “Windows Phone” 2015-ci ildə “iOS”-u ötərək ən geniş yayılmış mobil platformalar arasında ikinci yerə çıxacaq.
“iSuppli” analitikləri hesab edirlər ki, 4 il sonra “Microsoft” korporasiyasının mobil platforması 16,7% smartfonda quraşdırılacaq, “iOS” ilə isə 16,6% smartfon işləyəcək. “Android” əməliyyat sistemi 58,1% nəticə ilə lider olaraq qalacaq.
2011-ci ilin nəticəsinə görə vəziyyət aşağıdakı kimidir: “Windows Phone” mobil əməliyyat sisteminin payına 1.9%, “Apple” şirkətinin mobil əməliyyat sisteminin payına 18%, “Android”-in payına isə 47,4% düşüb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL