waplog

TASİM-lə bağlı son sənədin üzərində iş aparılır


"Trans Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi çərçivəsində konsorsium yaradılması istiqamətində işlər intensivləşib. Bununla bağlı artıq Qəbələ, Türkiyə və Macarıstanda görüşlər də keçirilib.

Bu barədə məlumat verən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hazırda son sənədin üzərində iş aparıldığını deyib: "Bundan sonra konsorsium yaradılması nəzərdə tutulur".

TASİM layihəsinə gəlincə, bu barədə 2009-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında xüsusi qətnamə qəbul edilib.

Məqsəd müasir texnologiyalar əsasında qlobal internet magistrallarına çıxışı təmin etmək və Qərblə Şərq arasında qısa yolla informasiya axınını təşkil etmək, vətəndaşların informasiya texnologiyalarına və resurslarına çıxışını asanlaşdırmaqdır. Sözügedən qətnamə əsasında Azərbaycan layihənin reallaşdırılması üçün əlaqələndirici təyin edilib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL