2012-ci ildə RİTN üçün həlli vacib olan məsələlər
Ötən – 2011-ci ili uğurla başa vuran Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) 2012-ci ildə həlli vacib məsələlərin icrasını qarşıya məqsəd qoyub.
Bu il ölkənin ilk telekommunikasiya peykinin orbitə çıxarılması, ölkə ərazisində rəqəmsal yayımın ölkənin bütün ərazisində təşkilinə nail olmaq, mərkəzləşdirilmiş avtomatik radiomonitorinq şəbəkəsinin qurulmasına başlanılması, e-imzanın tətbiqinin genişləndirilməsi, elektron hökumət infrastrukturunun qurulması və istismarı, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, yüksək texnoloji və elmtutumlu nanomaterialların, energetik texnologiyaların, nanorobotlar və bionanorobotların alınması və praktikada bilavasitə tətbiq olunması, telekommunikasiya və poçt infrastrukturunun modernləşdirilməsi kimi məsələlərin icrası nəzərdə tutulub.
Eyni zamanda, ölkəmizdə keçiriləcək "Eurovision-2012" beynəlxalq əhəmiyyətli mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üzrə zəruri tədbirlərin görülməsi cari il ərzində icrası mühüm olan tədbirlərdir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL