"Ava" ev robotu yaşlı insanların qulluğunda duracaq (VİDEO)
"iRobot" şirkəti yaşlı insanların qulluğunda durmaq üçün nəzərdə tutulmuş yeni "Ava" robot hazırlaması haqqında bildirib. "Ava" robotu yaşlılar üçün müxtəlif işləri yerinə yetirə, təcili yardım çağıra bilər.
"Ava" robotu, həmçinin internetdən istifadə edə, orada hər hansı məlumatlar axtara və otagı yığışdıra bilər. Məlumat üçün qeyd edək ki, "iRobot" şirkəti, həmçinin "PackBot" və "Sugv" hərbi robotları da hazırlayır.
"Ava" robotunun hazırlanması artıq 8 aydır ki şirkət tərəfindən həyata keçirilir. "Ava" robotunun demək olar ki, tamamlanmış nümunəsi "CES 2012" sərgisində göstərilib. Lakin şirkət robotu satışa daha da təkmilləşdirdikdən sonra çıxarmaq istəyir. Robotun bir çox hissələri hazır komponentlərdən yaradılıb.
Belə ki, robotda "beyin" funksiyasını "iPad" həyata keçirir, "Kinect" sensorlar ona ətraf mühiti qiymətləndirməyə kömək edir. Bununla belə "iRobot" şirkəti robot üçün üçölçülü görünüş və naviqasiya sistemi kimi bir sıra firma hazırlamaları da yaradıb.