waplog

Dördnüvəli "LG X3" smartfonu


"PocketNow" saytı "LG" şirkətinin flaqman smartfonunun təsvirini dərc edib. Ehtimal ki aparat fevral ayında keçiriləcək "MWC 2012" sərgisində təqdim ediləcək. Qurğu "X3" adlanır və "NVİDİA Tegra 3" platformasına əsaslanır. Dördnüvəli prosessorla təchiz edilib. Aparatın qalınlığı təxminən 9 mm təşkil edir.

"LG X3" smartfonu 1280x720 piksel təsvir ölçülü 4,7 düymlü ekran, "NFC", "Bluetooth 4.0" və "Wi-Fi" modulları, 16 QB daxili yaddaş, "microSD" slotu, 2000 mA/saat tutuma malik akkumulyator, iki kamera (əsas 8 meqapiksel  və ön hissədə yerləşən 1,3 meqapiksel) ilə təchiz edilib.
Əməliyyat sistemi kimi "Android 4.0"-ın quraşdırılacağı bildirilib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL