waplog

İngiltərədə xeyriyyə təşkilatının nümayəndələri xəstələrin şəxsi məlumatlarını itiriblər


İtirilmiş yaddaş daşıyıcısında Böyük Britaniyanın 2 tibbi müəssisəsinin 160 xəstəsi haqqında məlumat olub.

“The Register” bildirib ki, bu hadisədən sonra Men adasında və Şimali İrlandiyada tibbi müəssisələr öz xəstələrinin şəxsi məlumatlarının mühafizə səviyyəsini yaxşılaşdırmaq niyyətindədirlər. Məlumat üçün qeyd edək ki, yaddaş daşıyıcısında məlumat şifrələnməyib.

Yaddaş daşıyıcısı 2011-ci ilin avqust ayında itirilib və orda 150 xəstənin məlumatı saxlanılıb. Britaniyanın müstəqil “İCO” təşkilatının məlumatına əsasən, yaddaş daşıyıcısını tapmaq mümkün olmayıb.

Bu hadisədən sonra, tibbi müəssisələrin nümayəndələri yaddaş daşıyıcılarında saxlanılan məlumatların şifrələnməsi qayğısına qalmağa başlayıblar.

Müstəqil Britaniya təşkilatının nümayəndəsi Kristofer Qrem (Christopher Graham) bildirib: "İnsanların şəxsi məlumatlarını yaddaş daşıyıcılarında şifrələnməmiş formada saxlamaq tamamilə yolverilməzdir".
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL