Ultrabuklar ən müasir texnologiyanı dəstəkləyəcəklər
“Acer”, “ASUS” və “Lenovo” şirkətləri ikinci rübdə “İntel İvy Bridge” aparat platformasında işləyəcək ultrabukların istehsalına başlayacaqlar.
“İvy Bridge” platformasına 22 nanometr texnoloji proses üzrə istehsal edilən yeni nəsil “Core” prosessorları daxildir. Çiplər iki və ya dörd hesablama nüvəsi, həmçinin “DirectX 11” proqram interfeysi dəstəkləyən təkmilləşdirilmiş videonüvə ilə təchiz ediləcəklər.
“İvy Bridge” platforması əsasında işləyən ultrabuklar “Thunderbolt” texnologiyasını dəstəkləyəcəklər. Bu texnologiya sayəsində fərdi kompyuterə 10 Qbit/s ötürmə sürətinə malik bir yüksəksürətli xətt üzrə bir çox periferiya qurğusunu qoşmaq mümkün olacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL