waplog

“Sony” şirkəti mobil qurğularda kameraların keyfiyyətini artırmağa imkan verən yeni texnologiya yaradıb


Yaponiyanın “Sony” şirkəti portativ qurğularda foto və videokameraların  işini idarə edən kiçik fotoqrafiya sensorlarının yeni texnologiya həlli haqqında bildirib.

“Sony” şirkətindən bildiriblər ki, yeni sensorlar vasitəsi ilə  daha keyfiyyətli şəkillər alınır, həmçinin onlar smartfon və ya planşet daxilində daha kiçik yer tuturlar. Bundan əlavə, yeni optik sensorların  istehsalı ucuzdur,- “Sony” şirkətindən bildiriblər.

“Sony” şirkəti yeni sensorları cari ilin yazında istehsal etməyə başlayacaq, onların kütləvi istehsalı isə payıza nəzərdə tutulub. Şirkətdən bildiriblər ki,  yeni sensorlar ilk əvvəl smartfonlar üçün nəzərdə tutulmuşdu, lakin cüzi  dəyişiklik etməklə onlar digər elektronikalara, məsələn, videokameralara uyğunlaşdırıla bilərlər.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL