waplog

Naxçıvanda dövlət strukturları arasında müasir telekommunikasiya şəbəkələri qurulur


Naxçıvan Muxtar Respublikasında dövlət strukturları arasında müasir telekommunikasiya şəbəkələri qurulur. Naxçıvan MR Rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədovun “İCTnews” elektron xəbər xidmətinə  verdiyi məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində sonuncu belə şəbəkə Muxtar Respublikanın Dövlət Miqrasiya Xidməti, Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin tabeliyindəki strukturları arasında qurulub.

Nəticədə strukturların müasir telekommunikasiya xidməti ilə yanaşı, multimedia xidmətlərinə çıxışı daha da asanlaşdırmaqla yanaşı, daxili internet şəbəkələrinin yaradılmasına şərait yaranıb.

Qeyd edək ki, hazırda Muxtar Respublikaya daxil olan internet kanalının həcmi 512 mb/s-dək artırılaraq bütün rayon mərkəzlərində iri yaşayış məntəqələrində genişzolaqlı internetə çıxış yaradılıb.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL