Müasir texnologiya əsasında ATS-lərin montaj tutumu artırılıb
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi genişzolaqlı rabitə xidmətlərinin göstərilməsini genişləndirmək üçün ATS-lərdə ADSL, ASAM, “Honet” avadanlıqlarının montaj tutumlarını artırıb.
Bu barədə baş direktorun müavini Xankişi Kişiyev “İCTnews” elektron xəbər xidmətinə məlumat verərək bildirib ki, portların sayı 104197 ədədə çatdırılıb.
Onun sözlərinə görə, bu vaxta qədər montaj olunmuş portların 72818 ədədi (internet xidməti – 71116 ədəd, İAD avadanlığı ilə telefonların qoşulması – 1009 ədəd, videotelefon – 13 ədəd və İPTV üçün – 680 ədəd) istifadəyə verilib. Kənar provayderlərə (operatorlara) məxsus ADSL-lər də nəzərə alındıqda BTRİB şəbəkəsində genişzolaqlı xidmətlərdən istifadə etmək imkanlığı 185007 porta çatdırılıb və hazırda həmin portlardan 146534 ədədi (BTRİB – 72818 ədəd, digər provayderlər – 72962 ədəd, “Datakom” – 754 ədəd) abunəçilərə genişzolaqlı xidmətlərin göstərilməsində istifadə edilir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL