waplog

Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər


“Google” şirkəti keçən il lobbiçilik fəaliyyətinə öz xərclərini təxminən ikiqat artırıb və bu göstərici üzrə “Microsoft” korporasiyasını ötüb.

İnternet nəhəngi 2011-ci ildə ABŞ-da federal lobbiçilik fəaliyyətinə 9,68 milyon dollar xərcləyib, bu isə 2010-cu il ilə müqayisədə 88% artım deməkdir. Bu barədə şirkətin ABŞ Senatına təqdim etdiyi sənədlərdə qeyd olunub.

“Microsoft” korporasiyası isə öz növbəsində keçən il federal lobbiçilik fəaliyyətinə 7.34 milyon dollar xərcləyib və bu rəqəm 6% artım deməkdir.

Üçüncü yerdə 5.95 milyon dollar ilə “Hewlett-Packard” yerləşib. Dördüncü və beşinci yerləri bölüşdürən “Oracle”və “İBM” korporasiyaları lobbiçilik fəaliyyətinə müvafiq olaraq, 5.69 və 4.87  milyon dollar xərcləyiblər.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL