“Apple” şirkəti 2011-ci ilin nəticəsinə görə yarımkeçirici həllərin ən böyük alıcısı olub
“Gartner” analitik şirkətinin son məlumatlarına əsasən, “Apple” şirkəti keçən il yarımkeçirici həllərin ən böyük alıcısı olub və satınalma həcminə görə əvvəlki liderlər - “Samsung Electronics” və “Hewlett-Packard” şirkətlərini ötüb.
“Gartner” şirkəti qeyd edib ki, “Apple” bir sıra amillərə görə yarımkeçirici həllərin satın alınması həcmini artırıb: şirkət 2011-ci ildə smartfon və internet-planşetlərin satış həcmlərini əhəmiyyətli dərəcədə artırıb.
“Gartner”-in hesablamalarına əsasən, “Apple” şirkəti 2011-ci ildə yarımkeçirici həllərə 17,3 milyard dollar xərcləyib. Qeyd edək ki, bu göstərici 2010-cu ildə 12,8 milyard dollar təşkil edib.
“Samsung” şirkəti smartfonların hesabına yarımkeçiricilərin ikinci ən böyük alıcısı olaraq qalır. Bu şirkətin xərcləri 9,2% artaraq 16,7 milyard dollara çatıb.
“Gartner” şirkəti qeyd edib ki, hərçənd ki “HP” dünyada ən böyük fərdi kompyuter istehsalçısı olaraq qalmağa davam edir, lakin şirkət 1 il ərzində yarımkeçirici həllərə sərf edilən xərcləri 16,2% azaldıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL