İnformasiya texnologiyalarından faydalı istifadə ilə bağlı layihələr qəbul olunur
Gənclər və İdman Nazirliyi gənclər təşkilatları arasında dövlət gənclər siyasətinin 11 istiqaməti üzrə layihələrin qəbuluna başlayıb. Nazirlikdən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, bu istiqamətlərdən biri də “Gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği”dir.
Layihənin yazılış formasına, eləcə də büdcəsinin hazırlanmasına dair təlimatı adıçəkilən nazirliyin rəsmi internet səhifəsindən (www.mys.gov.az) əldə edə bilərsiniz. Layihələr 2012-ci il yanvarın 16-dan fevralın 16-dək nazirliyin Ekspert-Məsləhət Şurasına çap və CD diskdə elektron formada təqdim olunmalıdır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL