waplog

Haaqa Məhkəməsi “Galaxy Tab” planşetinin satışlarını qadağan etməyib


“Apple” şirkəti “Galaxy Tab 10.1” planşet kompyuterlərinin Hollandiyada satışlarına qadağa qoyulmasına nail ola bilməyib. “Apple” və “Samsung” şirkətləri arasında məhkəmə iddiaları təxminən 9 ay əvvəl başlanıb. O zaman “Apple” şirkətinin vəkilləri bildirmişdilər ki, “Samsung” şirkəti “Galaxy Tab” planşetinin dizaynını “iPad” planşetindən köçürüb.

Buna cavab olaraq Cənubi Koreya şirkəti “Apple” şirkətini öz patentlərinin pozulmasında ittiham edib.
Nəticədə artıq 9 aydır ki iki texnologiya nəhəngi kimin haqlı, kimin haqsız  olmasını aydınlaşdırmağa çalışırlar.

Keçən müddət ərzində dünyanın 10 müxtəlif nöqtəsində 30 məhkəmə işinə baxılıb, lakin sənaye nəhəngləri hələ ki bir nəticəyə gələ bilməyiblər. Bu günlərdə “Samsung” şirkəti “Apple”
ilə  məhkəmə iddialarının ona hansı məbləğə başa gəlməsi haqqında məlumat verib.

Cənubi Koreya istehsalçısının nümayəndələrinin məlumatlarına əsasən, 1 ildən az bir müddət ərzində 60 milyon dollar xərclənib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL