waplog

Musiqi satışları azalır


Beynəlxalq Fonoqrafik Sənaye Federasiyası (IFPI) 2011-ci ildə musiqi bazarının həcmini qiymətləndirib.
Musiqinin fiziki daşıyıcılar və internet vasitəsilə satışlarından 16,2 milyard dollar əldə edilib. Bu, 2010-cu il ilə müqayisədə 3% azdır. Satışlar artıq 7 ildir ki azalmağa doğru davam edir: 2004-cü ildə bazarın həcmi 24,3 milyard dollar təşkil edirdi.

Bununla belə əvvəlki kimi musiqi veb-xidmətlərinin populyarlığı artır. Ötən il ərzində internet vasitəsilə audio məhsulun yayılmasından əldə olunan gəlir 8% artaraq 5,2 milyard dollar təşkil edib. Aparıcı musiqi internet-xidmətləri artıq dünyanın 58 ölkəsində xidmət göstərir.

Trek və albomların internet vasitəsi ilə satın alınması keçən il 3,6 milyard dollara çatıb. Bu göstərici 2010-cu il ilə müqayisədə 17% çoxdur.


“Gartner” şirkəti hesab edir ki, 2012-ci ildə veb-xidmətlər vasitəsilə musiqi məhsulunun yayılmasından 6,8 milyard dollar dəyərində mədaxil əldə olunacaq. Onilliyin ortalarında isə bu məbləğ 7,7 milyard dollara qədər artacaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL