“AZTELEKOM” açıq tender elan edir
AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİ "AZTELEKOM" İSTEHSALAT BİRLİYİNİN BEYNƏLXALQ AVTOMAT TELEFON STANSİYASINDA UNİVERSAL ANALİZATOR (TDM, CDMA, İP, GSM, GPRS və NGN şəbəkə protokollarını dəstəkləyən) AVADANLIĞININ ALINMASI ÜZRƏ
A Ç I Q T E N D E R E L A N E D İ R
1. İddiaçılar tenderdə iştirak etmək üçün ilkin sənədləri (tender təklifi, bank zəmanəti və iş qrafiki istisna olmaqla) 23.02.2012-ci il tarixə saat 1700-a qədər, tender təkliflərini, iş qrafikini və bank zəmanətini ikiqat zərfdə imzalanmış, möhürlənmiş şəkildə (1 nüsxə əsli, 3 nüsxə surəti), Tender Komissiyasına 28.02.2012-ci il tarixə saat 1700-a qədər Bakı şəhər Tbilisi pr.3166 ünvanında "Aztelekom" İB-nin inzibati binasında yerləşən BATS-a təqdim etməlidirlər. Göstərilən müddətdən sonra daxil olan təkliflər qəbul olunmayaraq geri qaytarılacaq.
2. Tenderdə iddiaçı kimi iştirak etmək istəyən Təşkilat Tender Komissiyasına aşağıdakı sənədləri təqdim etməlidir:
Tenderdə iştirak etmək üçün ərizə;
Tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
Tender təklifi;
Təşkilat haqqında tələb olunan sənədlər;
Təşkilatın tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
Təşkilatın ixtisas göstəricilərinə dair məlumat, sertifikat;
Təşkilatın son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
Tenderə təqdim olunan təkliflərin qüvvədə olma müddəti zərflərin açıldığı tarixdən etibarən ən azı 40 bank günü müəyyən edilir.
İddiaçının Tender təklifinin təminatının qüvvədə olma müddəti təkliflər olan zərflər açıldığı gündən ən azı 30 bank günü və təklifin qiymətinin ən azı 2 (iki) %-ni təşkil edən məbləğdə bank qarantiyası kimi müəyyən edilir.
3.Hər bir iddiaçı Tenderdə iştirak haqqı kimi 150 (yüz əlli manat) manat məbləğində pul vəsaitini aşağıdakı bank hesabına köçürməlidir:
"Aztelekom" İB BATS-ın bank rekviziti
Adı: Kapital Bankın Rabitə filialı
Kodu: 200189
VÖEN: 9900003611
Müxbir hesab: 0137010001944
S.W.I.F.T Bik AİİBAZ-2X
Adı: "Aztelekom" İB BATS
Hesab: 33060019441800218118
VÖEN: 9900038501
4. Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.
5. Tender predmetinin adı: Universal analizator (TDM, CDMA, İP, GSM, GPRS və NGN şəbəkə protokollarını dəstəkləyən) avadanlığının alınması.
6. Tenderin icra yeri: "Aztelekom" İB Beynəlxalq Avtomat Telefon Stansiyası.
7. Tender predmetinin icra müddəti – yekun müqaviləyə müvafiq olaraq başa çatdırılmalıdır.
8. Üstünlük verilən kriteriyalar: Texniki şərtlərin tam yerinə yetirilməsi, müasir avadanlıq təklifi, aşağı qiymətlərlə işlərin yerinə yetirilməsi, avadanlıqlar və mal-materialların uyğunluq sertifikatının olması,
enerji sərfi, işin qısa müddətdə başa çatdırılması, idarəetmələrin etibarlı olması və təminatın verilməsi.
9. Tender "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanununun müddəaları əsasında həyata keçirilir.
10. Tender zərflərinin açılışı 05.03.2012-ci il tarixdə saat 1100-da "Aztelekom" İB BATS-da olacaqdır.
11. Tender proseduru barədə əlavə məlumatları "Aztelekom" İB BATS-dan (tel: 012-598-52-75; 344 00 00; daxili 202; 258; 281; ) ala bilərlər.
Tender Komissiyası
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL