waplog

Analoq yayımdan rəqəmsal formata keçilməsi müzakirə olunacaq


Nazirlər Kabinetinin 9 fevral 2011-ci  il tarixli qərarına uyğun olaraq, bu il yanvarın 1-dən etibarən ölkə ərazisində bütün telekanalların yayımının rəqəmsal formata keçidinə başlanıb.

Bu məqsədlə Azərbaycan Kabel Operatorları Assosiasiyasının (AKOA) üzvü olan, ölkənin iki əsas klassik kabel operatoru “KATV 1” və “Ailə TV” Nazirlər Kabinetinin qərarından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün işlər görür. Bu işlərdən biri də analoq yayımın məhdudlaşdırılmasıdır.


AKOA-nın icraçı katibi Artur Dadaşov  “İCTnews” elektron xəbər xidmətinə  bildirib ki, rəqəmsal yayıma keçidlə əlaqədar ortaya coxlu suallar çıxır: “Yarana biləcək bütün sualları nəzərə alaraq Azərbaycan Kabel Operatorları Assosiasiyasının təşəbbüsü ilə “KATV 1” və “Ailə TV” kabel operatorları birgə mətbuat konfransı keçirəcək.

Tədbir 26 yanvar 2012-ci il tarixində saat 10:00-da “Avropa” otelinin “Kür” zalında təşkil olunacaq. Burada analoq yayımdan rəqəmsal formata keçilməsi hərtərəfli müzakirə olunacaq”.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL